Britaniya səfiri Füzulidə minalarla bağlı maarifləndirici lövhə basdırıb - FOTO - YENİLƏNİB

Britaniya səfiri Füzulidə minalarla bağlı maarifləndirici lövhə basdırıb - FOTO  - YENİLƏNİB
# 13 mart 2023 17:11 (UTC +04:00)

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Füzuli rayonunun Seyidəhmədli kəndində əhalinin minalarla bağlı maarifləndirilməsi üçün lövhə basdırıb.

APA xəbər verir ki, bu barədə səfir “Twitter“ hesabında bildirib.

“Əhalinin minalarla bağlı maarifləndirilməsi üçün növbəti dəfə
UNİCEF ilə əməkdaşlıq edirik. Birgə həyata keçirdiyimiz layihə çərçivəsində Seyidəhmədlidə yeni maarifləndirici lövhələr quraşdırıldı.”, - səfir deyib.

***

16:56

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Füzuli rayonunun Seyidəhmədli kəndində yaşayış ərazisinin minalardan və partlayıcı sursatlardan təmizlənməsi prosesini izləyib.

APA xəbər verir ki, bu barədə səfir “Twitter“ hesabında bildirib.

“Geri qaytarılmış ərazilərdə minalardan təmizlənmə işlərinin belə sürətlə aparılması ürəkaçandır”, - səfir deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR