Britaniya səfiri Qarabağ atları ilə bağlı paylaşım edib

Britaniya səfiri Qarabağ atları ilə bağlı paylaşım edib
# 12 yanvar 2022 14:05 (UTC +04:00)

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp "Twitter" hesabında Qarabağ atları ilə bağlı paylaşım edib.

APA-nın xəbərinə görə, paylaşımda deyilir:

“Bu il Kraliça II Yelizaveta taxtda olmasının 70 illiyini qeyd edir. Kraliçanın atlara olan sevgisi hamıya məlumdur. Ona verilən hədiyyələr arasında 1956-cı ildə Zaman adlı məşhur Qarabağ atı da var. Qarabağ atları dəfələrlə Kral Vindzor At Şousunda çıxış ediblər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR