Britaniya səfiri: “Xalqlarımızın dostluq münasibətlərinin güclənməsini diləyirəm”

Britaniya səfiri Ceyms Şarp

© APA | Britaniya səfiri Ceyms Şarp

# 28 may 2022 12:29 (UTC +04:00)

Böyük Britaniya səfiri Ceyms Şarp Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.

APA xəbər verir ki, britaniyalı diplomat bu barədə "Twitter"də paylaşım edib.

“Azərbaycan xalqını Müstəqillik günü münasibətilə təbrik edirəm! Bu il biz həm də Britaniya ilə Azərbaycan arasında diplomatik əlaqələrin 30 illiyini qeyd edirik. Xalqlarımız arasında mövcud dostluq münasibətlərinin və ölkələrimizin hərtərəfli əlaqələrinin bundan sonra da güclənməsini diləyirəm!”, - səfir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR