Britaniya səfiri Zəngilanın Ağalı kəndinə gedib, şagirdlərlə görüşüb - VİDEO

Britaniya səfiri Zəngilanın Ağalı kəndinə gedib, şagirdlərlə görüşüb - VİDEO
# 14 mart 2023 13:49 (UTC +04:00)

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Zəngilan rayonunun Ağalı kəndinə səfər edib.

APA xəbər verir ki, bu barədə səfir “Twitter” hesabında bildirib.

“Səməninin yaşıl cücərtisi kimi bu kənd də dağıntılar dövründən sonrakı həyatın ilk nişanələridir. Ağalıda uşaqlar Britaniya və Azərbaycanın birgə səyləri nəticəsində yenidən təhlükəsizlikdə təhsil ala bilirlər”, - diplomat qeyd edib.

“Gələn həftə mən ilk dəfə olaraq Novruz bayramını qeyd edəcəyəm. Bunu səbirsizliklə gözləyirəm.

Bu, mənim bura ikinci səfərimdir. Keçən dəfə mən bura qışda gəlmişdim, indi isə bahardır. Səməninin yaşıl cücərtisi kimi bu kənd də dağıntılar dövründən sonrakı həyatın ilk nişanələridir. Mən dünən Füzuli ətrafında ANAMA-nın cəsur işçiləri tərəfindən aparılan minatəmizləmə əməliyyatını izlədim. Sizin torpaqlarınızın yenilənməsini görmək çox xoşdur. Mən qürur duyuram ki, Britaniya səfirliyi bu dəstəyi göstərə bilir. Bu vacib və təhlükəli işi aparan mütəxəssislərin duyduğu qürur çox aydın görünürdü. Siz də bu yerlərə yenidən həyat gətirdiyiniz üçün özünüzlə qürur duymalısınız”, - diplomat vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR