Britaniya XİN rəhbəri Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı başsağlığı verib - VİDEO

Ceyms Kleverli

© APA | Ceyms Kleverli

# 31 yanvar 2023 17:35 (UTC +04:00)

Böyük Britaniya parlamentində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum müzakirə edilib.

Bu barədə APA-ya açıqlamasında Milli Məclisin Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov məlumat verib.

Müzakirələr zamanı Britaniya xarici işlər naziri Ceyms Kleverli deputat Bob Bləkmənin sualını cavablandırıb. Ceyms Kleverli hücumla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə başsağlığı verib.

O bildirib ki, bu yaxınlarda Böyük Britaniyanın İrandakı səfiri ilə səfirlik əməkdaşlarının təhlükəsizlik məsələsini müzakirə edib.

Qeyd edək ki, yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terror aktı nəticəsində səfirliyin mühafizəsini təşkil edən baş leytenant Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin iki əməkdaşı xəsarət alıb.

Yanvarın 29-da şəhid Orxan Əsgərovun cənazəsi, yaralılar və səfirlik əməkdaşları, onların ailə üzvləri Azərbaycan dövləti tərəfindən ayrılmış təyyarə ilə İrandan Azərbaycan təxliyə olunublar.

Firuzə Vahid

Aytən Abbaslı

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR