Britaniyalı nazir Fazil Mustafaya silahlı hücumdan məyus olduğunu bildirib

Britaniyalı nazir Fazil Mustafaya silahlı hücumdan məyus olduğunu bildirib
# 30 mart 2023 11:09 (UTC +04:00)

Böyük Britaniyanın Ədliyyə üzrə Dövlət Katibliyinin naziri, lord Kristofer Bellem Milli Məclisin deputatı Fazil Mustafaya qarşı həyata keçirilmiş silahlı hücumdan məyus olub.

Bunu APA-ya açıqlamasında deputat Kamal Cəfərov bildirib.

Kamal Cəfərov deyib ki, Böyük Britaniyanın Ədliyyə üzrə Dövlət Katibliyinin naziri ilə görüşüb: “Son iki gündə müxtəlif sektor və qurumlarla görüşümüzün əsas müzakirə mövzusu olan “İnsan hüquqları haqqında” yeni qanun layihəsi məhz Lord Bellemi tərəfindən Parlamentə təqdim edilib. Yeni qanun layihəsi ilə bağlı onun baxış bucağını və arqumentlərini öyrəndim.

Görüşün sonunda Lord Belemi həmkarım Fazil Mustafaya qarşı həyata keçirilmiş silahlı hücumdan məlumatı olduğunu, bu xəbərə görə çox məyus olduğunu və ona tezliklə sağalmasını arzu etdi. Qeyd edim ki, Böyük Britaniyada keçirdiyim bütün görüşləri AŞPA-nın məruzəçisi mandatı çərçivəsindədir. Londona missiyamızın əsas məqsədi Böyük Britaniyanın insan hüquqları sahəsində həyata keçirdiyi islahatların beynəlxalq sənədlərə uyğunluğunu araşdırmaqdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR