Brüsseldə Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının 18-ci iclası keçirilir - FOTO - VİDEO

Brüsseldə Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının 18-ci iclası keçirilir - FOTO  - VİDEO
# 19 iyul 2022 15:20 (UTC +04:00)

Azərbaycan-Avropa İttifaqı (Aİ) Əməkdaşlıq Şurasının 18-ci iclası keçirilir.

APA xəbər verir ki Brüsseldə keçirilən iclasa Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell sədrlik edir.

Əməkdaşlıq Şurası Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və Sektorial əməkdaşlığı, Şərq Tərəfdaşlığını, İqtisadi və İnvestisiya Planının icrası ilə bağlı Aİ-Azərbaycan ikitərəfli münasibətlərinin vəziyyəti və növbəti addımlarını müzakirə edir.

Əməkdaşlıq Şurası həmçinin siyasi məsələlər, regional problemlər, demokratiya, qanunun aliliyi və insan haqları üzrə fikir mübadiləsi aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR