Bu il 37 ölkədən 40 tələbə Azərbaycanda təhsil almaq şansı əldə edib

Xarici İşlər Nazirliyi

© APA | Xarici İşlər Nazirliyi

# 29 dekabr 2021 12:29 (UTC +04:00)

Qoşulmama Hərəkatı və İslam Əməkdaşlığı Təşkilatına üzv dövlətlərinin vətəndaşları üçün təsis edilmiş qrant proqramları sayəsində 2021-ci ildə 37 ölkədən 40 tələbə Azərbaycan universitetlərində ali təhsil almaq şansı əldə edib.

APA-nın məlumatına görə, bu, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 2021-ci ilin yekunlarına dair mətbuat buraxılışında əksini tapıb.

Bildirilib ki, AİDA-nın ADA Universiteti ilə birgə təşkil etdiyi “Əcnəbi diplomatlar üçün xarici siyasət proqramı” çərçivəsində 15 xarici diplomat üçün təlim təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR