Burundi parlamentinin sədri: “Sülh və əməkdaşlığın təşviqi güclü öhdəlik tələb edir”

Burundi parlamentinin sədri: “Sülh və əməkdaşlığın təşviqi güclü öhdəlik tələb edir”
# 30 iyun 2022 15:27 (UTC +04:00)

Azərbaycanın Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması ilə bağlı irəli sürdüyü bu təşəbbüsü yüksək qiymətləndirirəm.

APA xəbər verir ki, bunu Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında Burundi parlamentinin sədri Daniel Gelase Ndabirabe çıxışında deyib.

“Sülh və əməkdaşlığın təşviqi güclü öhdəlik tələb edir. Biz qlobal siyasətdə çoxtərəfliliyi dəstəkləyir və təşviq edirik”, - o vurğulayıb.

Burundi rəsmisi deyib ki, parlamentlərarası tərəfdaşlıq sülh, demokratiya üçün vacibdir:

“Parlament əməkdaşlığı, həmrəyliyi təşviq edir.

Biz Qoşulmama Hərəkatı çərçivəsində də regional əlaqələri gücləndirmək üçün dostluq qrupları yaratmışıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR