Cahit Bağçı: “Beynəlxalq sistem ədaləti təmin etməkdə acizdir”

Cahit Bağçı: “Beynəlxalq sistem ədaləti təmin etməkdə acizdir”
# 14 sentyabr 2022 11:43 (UTC +04:00)

“Artıq beynəlxalq sistem təhlükəsizliyi, ədaləti təmin etməkdə acizdir”.

APA xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altunun Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) dəstəyi ilə Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilmiş “Türkiyə nizamsızlıq çağında sabitləşdirici güc kimi” adlı kitabının təqdimatında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.

Səfir bildirib ki, beynəlxalq güclər mövcud problemləri həll etmək bir yana yeni yaranan problemlərin həllində acizdir: “BMT TŞ-nın Qarabağla bağlı 4 qətnaməsi var. Amma bu qətnamələrin heç birinin tətbiq edilmə gücü yoxdur. BMT TŞ bu qətnamələrin icra edilməsi üçün iradə ortaya qoya bilmədi. ATƏT-in Minsk Qrupunun fəaliyyəti də işə yaramadı. Heç biri problemin həlli ola bilmədi. Elə bir nöqtəyə gəldi ki, ədaləti ölkələr bir araya gələrək bərpa etdilər, Azərbaycan torpaqlarının 30 illik işğalı möhtəşəm zəfərə çevrildi. Bütün dövlətlər bu zəfəri qəbul etməlidir. Dünən baş verənlər də bunu qəbul etmək istəməyən ölkələrin olduğunu bir daha göstərir. Azərbaycan sərhədlərinə olan hücumu, ermənilərin minalar basdırmasına cavab verib. Prezident İlham Əliyevin də dediyi kimi yumruq yerindədir. Beynəlxalq sistem bu problemi də həll etməkdə acizdir. Beynəlxalq sistem terroru görmür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR