Çanaqqalada Azərbaycan şəhidləri abidəsi ucaldılıb - FOTO

Çanaqqalada Azərbaycan şəhidləri abidəsi ucaldılıb - FOTO
# 18 mart 2023 19:47 (UTC +04:00)

Çanaqqala Savaşları Gelibolu Tarixi Qoruğunda Azərbaycan şəhidləri abidəsi ucaldılıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, abidənin açılış mərasimi Çanaqqala şəhidlərinin anım günü, savaşın 108-ci ildönümünə dair tədbirlər çərçivəsində baş tutub.

Açılış mərasimində Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Səfirlik əməkdaşları, “SOCAR Türkiye” rəsmiləri, ictimaiyyət və media nümayəndələri də iştirak edib.

Qeyd edək ki, insanların ziyarəti üçün artıq açıq olan abidə tam olaraq Azərbaycan milli ornamentlərinə uyğun, türk şəhidliyi üslubunda Azərbaycan memarları tərəfindən hazırlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR