Çavuşoğlu: “Azərbaycanın Ermənistanın təxribatlarına qarşılıq verməməsi mümkün deyil”

Mövlud Çavuşoğlu

© APA | Mövlud Çavuşoğlu

# 14 sentyabr 2022 10:53 (UTC +04:00)

Bölgədə vəziyyət həssasdır. Azərbaycan Ermənistana sülh sazişi təklif etsə də, onlar uzun müddət buna cavab vermədi.

APA xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O qeyd edib ki, Ermənistan ara-sıra təxribatlara əl atır: “Əlbəttə, Azərbaycanın buna qarşılıq verməməsi mümkün deyil. Şəhidlərə Allahdan rəhmət diləyirik, Azərbaycan xalqına başsağlığı veririk. Davamlı sülh istəyiriksə, Ermənistan təxribatlardan əl çəkməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR