Çavuşoğlu Ceyhun Bayramova zəng edib, İrandakı səfirliyə hücumu pisləyib - YENİLƏNİB

Çavuşoğlu Ceyhun Bayramova zəng edib, İrandakı səfirliyə hücumu pisləyib - YENİLƏNİB
# 27 yanvar 2023 15:55 (UTC +04:00)

Türkiyə Respublikasının xarici işlər naziri Mevlut Çavuşoğlu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng edərək ölkəmizin İran İslam Respublikasındakı səfirliyinə qarşı edilmiş xain terror hücumunu qətiyyətlə pisləyib.

XİN-dən APA-ya verilən xəbərə görə, səfirliyin hadisə nəticəsində həyatını itirmiş əməkdaşına görə mərhumun ailəsinə və Azərbaycan xalqına başsağlığı diləklərini çatdırıb.

Nazir Mevlüt Çavuşoğlu Azərbaycanın yalnız olmadığını, Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu vurğulayıb.

Nazir Ceyhun Bayramov bu qardaşlıq və həmrəylik diləklərinə görə Türkiyə xarici işlər nazirinə minnətdarlığını bildirib, xain terroru törədənlərin və havadarların ən qısa zamanda ədalət qarşısında cavab verməsi üçün Azərbaycan tərəfinin əlindən gələni əsirgəməyəcəyini bildirib.

***

11:09

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan XİN rəhbəri Ceyhun Bayramova zəng edib.

APA NTV-yə istinadən xəbər verir ki, Çavuşoğlu Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib.

Azərbaycana başsağlığı verib.

Nazir “Twitter”də paylaşımında isə bunları deyib:

“Can Azərbaycanın Tehran səfirliyinə edilən xain hücumu lənətləyirəm. Şəhid qardaşımıza allahdan rəhmət, yaxınlarına və Azərbaycan xalqına başsağlığı, yaralananlara təcili şəfalar diləyirəm. Azərbaycan heç bir zaman tək deyil”.

Xatırladaq ki, bu gün Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib, səfirliyin iki nəfər mühafizə əməkdaşını da yaralayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR