Azərbaycanlı həmkarım Türkiyəyə gəlmək istədiyini bildirib.
APA xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Mövlud Çavuşoğlu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla telefonla danışdığını vurğulayıb.
O bildirib ki, Avropadan da bir çox nazir bu istəyini dilə gətirib.
Türkiyə XİN başçısı vurğulayıb ki, Prezident Rəcəb Tayyib Ərdoğanı ziyarət etmək istəyənlər var: “Pakistan Baş naziri də gəlmək istəyir. Amma Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsini ziyarət etdiyi üçün səfəri vaxtını başqa tarixə keçirdik. Növbəti həftədən gəlmək istəyənlərin səfərlərini koordinasiya edəcəyik”.