Çavuşoğlu: “Ermənistanla danışıqlarımız Azərbaycansız davam etməyəcək”

Çavuşoğlu: “Ermənistanla danışıqlarımız Azərbaycansız davam etməyəcək”
# 14 sentyabr 2022 17:16 (UTC +04:00)

“Ermənistan bu təxribatlara son qoymalıdır. Ermənistanla danışıqlarımız ikitərəfli səviyyədə davam edir, lakin biz onlara bildiririk ki, bu, Azərbaycansız davam etməyəcək”.

APA-nın İstanbul müxbirinin xəbərinə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanla Türkiyə arasında normallaşma prosesini şərh edərkən bildirib.

“Azərbaycanla bağlı son proseslər (Ermənistanın hücumları) təbii ki, bizi narahat etdi” , - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR