Çavuşoğlu: Gələcəkdə Ermənistan da həyata keçirdiyimiz layihələrə qoşula bilər

Mövlud Çavuşoğlu

© APA | Mövlud Çavuşoğlu

# 31 yanvar 2023 16:33 (UTC +04:00)

“Biz üçtərəfli və dördtərəfli mexanizmlərlə bölgəmizdəki şəraitdən yararlanmağa çalışırıq”.

APA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, Türkiyə-Azərbaycan-Gürcüstan-İran üçtərəfli və dördtərəfli mexanizmləri regiona böyük üstünlük verəcək: “Şimal-Cənub dəhlizi artıq bir alternativ kimi qarşımızda olmadığına görə biz Transxəzər dəhlizindən istifadəni artırmağa çalışdıq. Gələcəkdə Ermənistan da həyata keçirdiyimiz layihələrə qoşula bilər. Orta Dəhliz gələcəkdə daha əhəmiyyətli olacaq”.

Nazir əlavə edib ki, ölkəsi bölgədə baş verənlərə dərhal reaksiya verir: "Əfqanıstan, Suriyada, Cənubi Qafqazda baş verənlər, Qarabağdakı hadisələr göstərdi ki, donmuş münaqişələr var və onlar partlayır. Türkiyə bütün regional hadisələrə reaksiya verir. Biz dünyanın daha ədalətli olmasına çalışırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR