Çavuşoğlu: İrandan səfirliyə hücumla bağlı məlumatları Azərbaycanla paylaşmasını gözləyirik

Mövlud Çavuşoğlu

© APA | Mövlud Çavuşoğlu

# 28 yanvar 2023 15:47 (UTC +04:00)

Türkiyənin İrandan gözləntimiz Tehranda səfirliyə qarşı hücumun arxasında kimin olduğunu müəyyən edərək Azərbaycanla bu məlumatları paylaşmasıdır.

APA-nın Türkiyə müxbiri xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərin sualına cavab olaraq bildirib.

O qeyd edib ki, son zamanlar Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı bir sıra terror aktı həyata keçirilib.

"Parisdə iki hücum oldu. Eynilə Livanda da hücum oldu. Bunlar radikal ermənilərin hücumlarıdır. Həmçinin Londonda bir radikal qrup Azərbaycan səfirliyinə daxil olub və son olaraq İrandakı səfirliyinə qarşı terror aktı baş verib. Biz həmişə deyirik ki, əziz Azərbaycan heç vaxt, heç bir yerdə tək deyil”, - türkiyəli nazir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR