Çavuşoğlu: Moldova, Rumıniya və Bolqarıstan qaz tələbatının ödənilməsi üçün Azərbaycanla işləyir

Mövlud Çavuşoğlu

© APA | Mövlud Çavuşoğlu

# 07 dekabr 2022 15:33 (UTC +04:00)

Moldova, Rumıniya və Bolqarıstan təbii qaza olan tələbatlarının ödənilməsi üçün Azərbaycanla işləyir.

APA xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu moldovalı həmkarı Niku Popesku ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Çavuşoğlu bildirib ki, Ukraynadakı müharibə ilə əlaqədar enerji və qida təhlükəsizliyi qlobal ictimaiyyətin gündəm məsələləridir.

“Bizim enerji sahəsində də əməkdaşlıq etməyimiz lazımdır. Rumıniya, Moldova, Bolqarıstan kimi ölkələrin təbii qaza tələbatı var. Azərbaycanla birlikdə bu tələbatın qarşılanması istiqamətində işlərimiz davam edir”, Çavuşoğlu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR