Çavuşoğlu: "Niyə xüsusi nümayəndələrin görüşü Türkiyə və Ermənistanda keçirilməsin?”

Mövlud Çavuşoğlu

© APA | Mövlud Çavuşoğlu

# 04 iyul 2022 15:48 (UTC +04:00)

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyirik.

APA xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, Cənubi Qafqazda normallaşma prosesində - istər Türkiyə, istər Azərbaycanla - ən böyük maneə Ermənistanın üzərində olan təzyiqdir.

XİN rəhbəri Türkiyə ilə Ermənistan xüsusi nümayəndələrinin görüşünə ev sahibliyi etdiyi üçün Avstriyaya təşəkkür edib.

“Niyə xüsusi nümayəndələrinin görüşü Türkiyə və Ermənistanda keçirilməsin?”, - nazir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR