Çavuşoğlu: “Regionda sülh Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh razılaşması imzalandıqdan sonra mümkün ola bilər”

Çavuşoğlu: “Regionda sülh Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh razılaşması imzalandıqdan sonra mümkün ola bilər”
# 23 avqust 2022 12:21 (UTC +04:00)

“Azərbaycan tərəfi sülh təklifi irəli sürüb, ancaq Ermənistan tərəfi buna gec cavab verib”.

APA xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global”a müsahibəsində deyib.

Nazir Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması ilə bağlı təmsilçilərin indiyədək dörd dəfə görüş keçirdiyini və bu prosesin Azərbaycan-Ermənistan nizamlanması ilə sıx bağlı olduğunu xatırladıb: “Biz münasibətlərin mərhələli şəkildə normallaşması, davamlı sülh üçün çalışırıq və indiyə qədər etimadın gücləndirilməsi istiqamətində bir sıra addımlar atmışıq. Uçuşların həyata keçirilməsi, ticarətlə bağlı, sərhədlərdə müəyyən işlər görülür. Ancaq bu prosesi (Ermənistan və Türkiyə arasında normallaşma - red.) Azərbaycan və Ermənistan arasındakı prosesdən ayrı görmək real deyil. Regionda sülh Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh razılaşması imzalandıqdan sonra mümkün ola bilər”.

Nazir Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında baş tutan görüşdən sonra sərhədlərin delimitasiya ilə bağlı komissiyanın yaradılması, həmçinin, sülh razılaşmasının hazırlanması üçün ayrıca komissiyanın təşkili barədə razılığı xatırladıb.

"İndi Ermənistan narahatlığını ifadə edir. Qardaşım, işğal etdiyin torpaqlar Azərbaycan torpaqları idi. Bəzən onlar elə davranırlar, guya Azərbaycan bu torpaqları alıb. Rusiya sülhməramlıları regiona gəldikdən sonra Ermənistan qüvvələri Qarabağdan çıxmalı idi. İki il keçib, amma hələ də burada erməni hərbçiləri var", - deyə Çavuşoğlu deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR