Çavuşoğlu: Tehranda Azərbaycan səfirliyinə edilən hücumu bir daha qınayıram

Mövlud Çavuşoğlu

© APA | Mövlud Çavuşoğlu

# 28 yanvar 2023 11:09 (UTC +04:00)

Dünən Tehranda Azərbaycan səfirliyinə edilən hücumu bir daha qınayıram.

APA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O, Azərbaycan xalqına bir daha başsağlığı verib: “Bir şəhidimiz var. Azərbaycanlı qardaşlarımıza başsağlığı verirəm”.

Qeyd edək ki, dünən səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi şəhid olub, iki əməkdaş isə yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR