Çavuşoğlu TÜRKSOY-un Baş katibi ilə görüşüb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və TÜRKSOY-un Baş katibi Düsen Kaseinov

© APA | Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və TÜRKSOY-un Baş katibi Düsen Kaseinov

# 07 yanvar 2022 12:52 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TÜRKSOY-un Baş katibi Düsen Kaseinovla görüşüb.

APA-nın məlumatına görə, Türkiyə XİN rəhbəri bu barədə “Twitter”də bildirib.

“Türk dünyasının həmrəyliyinə töhfə verən TÜRKSOY-un Baş katibi Düsen Kaseinovla görüşdük. Bursanın 2022-ci ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı seçilməsindən məmnunuq. Türk dünyası olaraq birlik və bərabərlik içində hərəkət etmək əzmimiz tamdır”, - nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR