Çavuşoğlu və Ceyhun Bayramov regional məsələləri müzakirə edib - YENİLƏNİB

Çavuşoğlu və Ceyhun Bayramov regional məsələləri müzakirə edib - YENİLƏNİB
# 17 mart 2023 17:53 (UTC +04:00)

Martın 17-də xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

XİN-dən APA-ya verilən xəbərə görə, telefon danışığı zamanı xarici işlər nazirləri Azərbaycanla Türkiyə arasında ikitərəfli və regional əməkdaşlıq məsələlərini, habelə beynəxalq təşkilatlar çərçivəsində gündəlikdə duran aktual mövzuları müzakirə ediblər.

Tərəflər həmçinin bölgədəki mövcud vəziyyət, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.

***

15:51

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

Bu barədə APA-nın İstanbul müxbirinə Türkiyə XİN-dən bildirilib.

Danışıq zamanı regional məsələlər müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR