Cefri Payat: Enerji keçidində Azərbaycanın potensialı və səylərindən ilhamlanırıq

Cefri Payat: Enerji keçidində Azərbaycanın potensialı və səylərindən ilhamlanırıq
# 01 iyun 2023 18:51 (UTC +04:00)

“Bakıda səmərəli görüşlər keçirdim. Bu gün Səngəçal kompleksində oldum. BTC və Cənub Qaz Dəhlizinin haradan başladığını gördüm. Rusiyanın Ukraynanı işğalı və enerji mənbələrini silah kimi istifadəyə başlaması fonunda bur resurslar vacibdir”.

APA xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan ABŞ Dövlət katibinin enerji resursları üzrə köməkçisi Cefri Payat jurnalistlərə açıqlamasında deyib.

“Prezident Baydenin məktubunda da qeyd olunduğu kimi biz Azərbaycana verdiyi töhfələrə görə minnətdarıq. Putinin işğalçı müharibəsi fonunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verir. Biz həmçinin enerji keçidində Azərbaycanın potensialı və səylərindən ilhamlanırıq”, - o deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR