İsveçin paytaxtı Stokholmda ATƏT Xarici İşlər Nazirləri Şurasının 28-ci iclası keçirilir.
APA-nın xəbərinə görə, ATƏT üzvü olan 57 ölkənin təmsil olunduğu iclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edir.
2-3 dekabr tarixlərində keçiriləcək görüş çərçivəsində Qarabağ da daxil olmaqla, ATƏT məkanında olan münaqişələrin nizamlanmasının həll yollarının müzakirə olunacağı gözlənilir.
ATƏT XİN başçılarının iclası çərçivəsində GUAM Xarici İşlər Nazirləri Şurasının 37-ci iclasının keçirilməsi də planlaşdırılıb.