Ceyhun Bayramov: Azad olunmuş ərazilərdə yataqların sayı çoxdur

Ceyhun Bayramov: Azad olunmuş ərazilərdə yataqların sayı çoxdur
# 20 yanvar 2023 10:20 (UTC +04:00)

İşğaldan azad olunmuş ərazilərdə faydalı qazıntı yataqların sayı çoxdur.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, hazırda söhbət Qarabağda olan 2 böyük yataqdan gedir.

“Qızıl yataqları var, digər mədənlər var. Ümumilikdə Qarabağ təbii sərvətlərlə zəngindir. Əsasən, vurğulamaq istərdim ki, bu yataqların talan edilməsi işğal dövrünə şamil edir. 151 mövcud olan yataqdan 52-si sırf 1993-2020-ci illərdə istifadə edilib. Bu qanunsuz olmaqla yanaşı, ekologiyaya da ziyan vurub. Burada digər ölkələr, şirkətlər də Ermənistanla bərabər iştirak edib. Bununla bağlı ilkin məlumatım var. Hüquqi söhbətlər gedir. Azərbaycan dövləti bütün istiqamətlərlə bağlı məsələni tam diqqətdə saxlayır. Müvafiq addımlar atılır”, - Ceyhun Bayramov vurğulayıb.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR