Ceyhun Bayramov: Azərbaycanla İsrail arasında əməkdaşlıq ortaq maraqlara əsaslanır

Ceyhun Bayramov: Azərbaycanla İsrail arasında əməkdaşlıq ortaq maraqlara əsaslanır
# 29 mart 2023 11:51 (UTC +04:00)

Ölkələrimiz arasında əməkdaşlıq qarşılıqlı anlaşmaya, hörmətə və ortaq maraqlara əsaslanır.

APA xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov israilli həmkarı Eli Kohenlə görüşdən sonra mətbuata birgə bəyanatında bildirib.

“Xalqlarımız arasında yaxın əlaqələr münasibətlərimizin vacib elementidir. Biz 2021-ci ildə İsraildə turizm və ticarət ofisi açdıq. Daha sonra səfirliyin açılmasına qərar verdik. Bu, əməkdaşlığımızda dinamik göstəricidir. Qarşılıqlı səfərlər münasibətlərimizin daha da genişlənməsində əhəmiyyətli rol oynayır. Yanvar ayında İsrailin Avrasiya ölkələrindəki səfirlərinin iclası Bakıda keçirildi, bu, tərəfdaşlığın və dostluğun ən böyük göstəricisidir”, - Ceyhun Bayramov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR