Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti ilə görüşüb

Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti ilə görüşüb
# 23 sentyabr 2022 06:32 (UTC +04:00)

BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösi ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında görüş olub.

APA xəbər verir ki, bu barədə Ceyhun Bayrammov “Twitter” hesabında paylaşım edib.

“Birləşmiş Millətlər Təşkilatının 77-ci Baş Assambleyasının sədri, hörmətli macar diplomat Tsaba Körösi ilə xoş görüş oldu. Azərbaycan Assambleya çərçivəsində bütün təşəbbüsləri dəstəkləyir”,- deyə paylaşımda bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR