Bolqarıstana rəsmi səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Bolqarıstan Milli Assambleyasının sədri Nikola Minçev ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Nikola Minçev Azərbaycan xarici işlər nazirini salamlayıb və bu səfərin iki ölkə arasında əlaqələrin inkişafına müsbət töhfə verəcəyini qeyd edib.
Nazir Ceyhun Bayramov ölkələrimiz arasında baş tutan ikinci strateji dialoq görüşü çərçivəsində faydalı fikir mübadiləsinin aparıldığını bildirib. Nazir, parlament ölçüsünün ikitərəfli əlaqələrin vacib istiqamətini təşkil etdiyini qeyd edib. O, Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə təbrik məktubunu Nikola Minçevə təqdim edib.
Bolqarıstan Milli Assambleyasının sədri məktuba görə təşəkkür ifadə edib və qarşılıqlı təbriklərini səsləndirib.
Görüşdə iki ölkə arasında energetika, iqtisadiyyat, humanitar, o cümlədən təhsil və mədəniyyət, habelə turizm sahəsində əməkdaşlıq perspektivlərinin olduğu vurğulanıb.
Nazir Ceyhun Bayramov Bolqarıstan Respublikasının Milli Assambleyasında Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı bəyannamənin qəbul olunmasına görə qarşı tərəfə təşəkkürünü bildirib.
Nazir Ceyhun Bayramov qarşı tərəfə münaqişə sonrası bölgədə mövcud olan vəziyyət, azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri barədə ətraflı məlumat verib.
Tərəflər, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Ceyhun Bayramov Bolqarıstan Milli Assambleyasının sədri ilə görüşüb
© APA | Ceyhun Bayramov, Nikola Minçev
31 may 2022 19:16 (UTC +04:00)
Xarici siyasət
Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb
01:37
29 mart 2024
Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı
15:20
28 mart 2024
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
23:13
27 mart 2024
Deputat: Qərb Cənubi Qafqazı növbəti müharibə məkanına çevirməkdə qərarlıdır
20:47
27 mart 2024