Ceyhun Bayramov Bolqarıstana rəsmi səfərə gedib

Ceyhun Bayramov Bolqarıstana rəsmi səfərə gedib
# 30 may 2022 18:22 (UTC +04:00)

Bu gün xarici işlər naziri Ceyhun Bayramov rəsmi səfərlə Bolqarıstan Respublikasına yola düşüb.

Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan Respublikası və Bolqarıstan Respublikası xarici işlər nazirlərinin iştirakı ilə iki ölkə arasında strateji dialoq görüşünün keçirilməsi, həmçinin Bolqarıstan rəsmiləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR