Ceyhun Bayramov: Əminəm ki, Azərbaycan-İsrail strateji münasibətləri daha da dərinləşəcək

Ceyhun Bayramov: Əminəm ki, Azərbaycan-İsrail strateji münasibətləri daha da dərinləşəcək
# 29 mart 2023 14:00 (UTC +04:00)

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov israilli həmkarı Eli Cohenlə danışıqlarını səmərəli adlandırıb.

APA xəbər verir ki, bu barədə Ceyhun Bayramov Tvitterdə bildirib.

O, İsrail Dövlətinin xarici işlər naziri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivlərini müzakirə etdiyini vurğulayıb.

Nazir, Azərbaycanla İsrail arasında strateji münasibətlərin daha da möhkəmlənəcəyinə və dərinləşəcəyinə əminliyini ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR