Ceyhun Bayramov: Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma siyasəti həyata keçirib

Ceyhun Bayramov: Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma siyasəti həyata keçirib
# 25 sentyabr 2022 01:25 (UTC +04:00)

Təxminən 30 il ərzində etnik təmizləmə həyata keçirən Ermənistan azərbaycanlıların geri qayıtmasının qarşısını almaq və bu ərazilərin ilhaqını təmin etmək məqsədi ilə beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq, Ermənistandan və üçüncü ölkələrdən erməniləri kütləvi şəkildə Azərbaycanın işğal olunmuş ərazilərinə köçürməklə qanunsuz məskunlaşma siyasətini həyata keçirib.

APA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının ümumi müzakirələri çərçivəsində çıxışı zamanı deyib.

Nazir bildirib ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) himayəsi altında münaqişələrin həlli səyləri heç bir nəticə verməyib.

Təxminən 30 il ötdükdən sonra, 2020-ci ilin payızında Azərbaycan Ermənistanın növbəti irimiqyaslı hərbi təxribatına cavab olaraq və BMT Nizamnaməsi ilə üzv dövlətlərə verilən ayrılmaz hüquqları rəhbər tutaraq əks-hücum əməliyyatına başlayıb. Nəticədə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da imzaladığı Üçtərəfli Bəyanata uyğun olaraq, Azərbaycan öz ərazilərini işğaldan azad edib və üç onillikdən bəri davam edən silahlı münaqişə hərbi-siyasi yolla həll edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR