Ceyhun Bayramov: Ermənistana ehtiyacların dəyərləndirilməsi missiyasının göndərilməsi ATƏT mandatının kobud şəkildə pozulmasıdır

Ceyhun Bayramov: Ermənistana ehtiyacların dəyərləndirilməsi missiyasının göndərilməsi ATƏT mandatının kobud şəkildə pozulmasıdır
# 01 dekabr 2022 21:29 (UTC +04:00)

Azərbaycan illərlə ATƏT daxilində konsensusdan sui-istifadəyə məruz qalıb.

APA xəbər verir ki, bunu ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında çıxış edən xarici işlər naziri Ceyhun Bayramov deyib.

O, qeyd edib ki, konsensusa əsaslanan qərar qəbuletmə prinsipi aydın şəkildə ATƏT bütün əsas qərarlarında əks olunub: “Azərbaycan illərlə təşkilat daxilində konsensusdan sui-istifadəyə məruz qalıb. Buna baxmayaraq biz hər zaman birgə təhlükəsizliyə riayət edilməsinin tərəfdarı olmuşuq”.

Nazir qeyd edib ki, Ermənistana konsensus olmadan ehtiyacların dəyərləndirilməsi missiyasının göndərilməsi bütün iştirakçı dövlətlərin kollektiv iradəsi ilə qəbul edilmiş mandatın açıq şəkildə pozulmasıdır.

“Sədrlik və katiblik də daxil olmaqla ATƏT-in bütün institutları bütün iştirakçı ölkələr üçün ortaq aktiv kimi təsis edilib. Buna uyğun fəaliyyət göstərilməməsi etimadı sarsıdır. Azərbaycan bu institutları öz mandatlarının kobud surətdə pozulmasını düzəltməyə çağırır” – deyə diplomat vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR