Ceyhun Bayramov İrana səfərə gedib - YENİLƏNİB

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 04 iyul 2022 08:18 (UTC +04:00)

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov rəsmi səfərlə İran İslam Respublikasına yola düşüb.

APA-nın xəbərinə görə, bu barədə XİN Mətbuat xidməti Tvitterdə məlumat yayıb.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun İran rəsmiləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

***

21.01

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İrana səfərə gedəcək.

APA-nın Tehran bürosunun məlumatına görə, C. Bayramov iyul ayının 4-də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın dəvəti ilə Tehrana səfər edəcək.

C Bayramov İran rəsmiləri ilə ikitərəfli əlaqələrin inkişafı, eləcə də regionda və dünyada baş verən proseslər barədə müzakirələr aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR