Azərbaycanın xarici işlər naziri İsrailə səfər edib - FOTO - YENİLƏNİB - VİDEO

Azərbaycanın xarici işlər naziri İsrailə səfər edib - FOTO  - YENİLƏNİB  - VİDEO
# 28 mart 2023 20:46 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailə səfər edib.

APA-nın İsrailə ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan xarici işlər nazirini gətirən təyyarə Təl-Əvivin Ben Qurion hava limanına enib.

XİN başçısını hava limanında İsrail XİN rəsmiləri, Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov, İsrailin Azərbaycandakı səfiri Corc Dik qarşılayıb.

Qeyd edək ki, Ceyhun Bayramov İsrailə səfəri çərçivəsində Azərbaycanın İsraildəki səfirliyinin açılışında iştirak edəcək. Azərbaycan XİN başçısı İsraildə yüksək səviyyəli görüşlər keçirəcək.

Azərbaycan XİN başçısının regiona səfəri çərçivəsində martın 30-da fələstinli həmkarı ilə də görüşü planlaşdırılır.

***

17.04

28 mart 2023-cü il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə yola düşüb.

Bu barədə APA-ya XİN-dən məlumat verilib.

Səfər çərçivəsində, 29-30 mart tarixlərində nazir Ceyhun Bayramovun hər iki ölkənin yüksək səviyyəli nümayəndələri ilə görüşlərinin keçirilməsi, habelə Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyinin açılış mərasimində iştirakı nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR