Ceyhun Bayramov Laçın-Xankəndi yolunda keçirilən aksiyadan danışıb

Ceyhun Bayramov Laçın-Xankəndi yolunda keçirilən aksiyadan danışıb
# 20 yanvar 2023 10:08 (UTC +04:00)

Hər kəs Laçın-Xankəndi yolunda keçirilən dinc etiraz aksiyası barədə maraqlanır, narahatlığını ifadə edir. Bəziləri orada guya blokada olduğu təsəvvürünü yaratmağa çalışır.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, bir sıra ölkələrdən bəlli çağırışlar olur: “Burada Ermənistan tərəfindən yanlış gündəlik formalaşdırılır. Orada blokada təsəvvürü yaratmaq niyyəti var. Belə yanlış gündəliyin formalaşmasına çalışırlar. Azərbaycan dövlətinin mövqeyi açıq və ardıcıldır. Etirazçılar ilk gündən bəyan ediblər ki, hər hansı humanitar fəlakət yaratmaq, orada yaşayan sadə insanlara qarşı hər hansı niyyət yoxdur. Bu da təsdiq olunur”.

Nazirin sözlərinə görə, 40 gündür davam edən aksiyanın keçirildiyi ərazidən 800-ə yaxın ən müxtəlif təyinatlı avtomobillər, qida məhsulları və s. daşınır: “Sülhməramlılar və BQXK-ya aid maşınlar sərbəst olaraq hərəkət edirlər. Eyni zamanda, oradan çıxma və gəlmə halları da var. Çünki belə bir ritorika və sui-istifadə halları var idi ki, guya ailələr bir-birindən ayrı düşüb və onların birləşməsi mümkünsüzdür. Bunun da tamamilə yanlış olduğunu göstərdik”.

Aysel Şahmar

Firuzə Vahid

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR