Ceyhun Bayramov Lavrovla Ermənistanla normallaşma prosesini müzakirə edib - YENİLƏNİB

Ceyhun Bayramov Lavrovla Ermənistanla normallaşma prosesini müzakirə edib - YENİLƏNİB
# 12 may 2022 16:23 (UTC +04:00)

12 may 2022-ci il tarixində Düşənbə şəhərində, MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakı çərçivəsində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrov ilə görüşü baş tutub.

XİN-dən APA-ya verilən xəbərə görə, nazirlər, iki ölkə arasında münasibətlərin müxtəlif istiqamətlər üzrə inkişafı məsələlərini müzakirə ediblər.

Bölgədəki cari vəziyyət ətrafında fikir mübadiləsi aparan tərəflər, sülh və təhlükəsizliyin təmin olunması üçün imzalanmış üçtərəfli bəyanatların tam icrasının vacibliyini bir daha vurğulayıblar. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində addımların atılmasının əhəmiyyəti qeyd edilib.

Tərəflər, həmçinin regional və beynəlxalq təhlükəsizlik gündəliyinə daxil olan məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

***

15:56

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Düşənbədə rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

APA TASS-a istinadən xəbər verir ki, görüş MDB Xarici İşlər Nazirləri Şurası çərçivəsində baş tutub.

“Bu gün burada bizim erməni həmkarımızla (Ararat Mirzoyan) üçtərəfli görüş keçirmək, liderlərimizin tərəfindən son il yarım ərzində qəbul edilən üçtərəfli bəyanatların necə icra edildiyini müzakirə etmək üçün yaxşı fürsətimiz var”, - Lavrov qeyd edib.

Ceyhun Bayramov isə bildirib ki, rusiyalı həmkarı ilə qlobal təhlükəsizlik və regional məsələləri müzakirə etmək niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR