Ceyhun Bayramov Lavrovla Qarabağda ekoloji vəziyyətin araşdırılması ilə bağlı müraciəti müzakirə edib

Ceyhun Bayramov Lavrovla Qarabağda ekoloji vəziyyətin araşdırılması ilə bağlı müraciəti müzakirə edib
# 05 dekabr 2022 15:54 (UTC +04:00)

Azərbaycan və Rusiya xarici işlər nazirlərinin bugünkü görüşündə Azərbaycanın bir sıra dövlət strukturlarının sülhməramlı qüvvələrin müvəqqəti yerləşdirildiyi ərazidə ekoloji vəziyyəti araşdırmaq üçün sülhməramlı kontingentə müraciəti müzakirə olunub.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan XİN başçısı Ceyhun Bayramovla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

O, bu mövzuya danışıqlarda müəyyən vaxt ayırdıqlarını söyləyib: "Azərbaycanın dövlət strukturları yerdə Rusiyanın sülhməramlı kontingentinin iştirakı ilə iş aparır. Azərbaycanlı qonşularımızda, həmkarlarımızda üçtərəfli bəyanatların icrası ilə bağlı yaranan suallar bizim üçüm prioritet əhəmiyyət daşıyır. Bizim hərbçilərimiz bununla fəal məşğul olur", Lavrov deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR