Litvaya rəsmi səfərim zamanı XİN başçısı Gabrielius Landsbergislə ikitərəfli məhsuldar görüş keçirdim.
APA xəbər verir ki, bu barədə ölkəmizin XİN rəhbəri Ceyhun Baytramov “Twitter”də yazıb.
Nazir qeyd edib ki, ölkələrarası əməkdaşlığın gündəliyi və müxtəlif sahələrdə əlaqələrin daha da inkişafı üçün mövcud imkanlar müzakirə edilib.
“Litvalı həmkarıma Qarabağ münaqişəsindən sonrakı proses və sülh əldə olunması üçün səylər haqqında məlumat verdim”, - diplomat əlavə edib.