Ceyhun Bayramov Mevlüt Çavuşoğlunu təbrik edib

Ceyhun Bayramov Mevlüt Çavuşoğlunu təbrik edib
# 05 fevral 2023 19:14 (UTC +04:00)

“Bu gün qardaş Türkiyə Respublikasının xarici işlər naziri dostum və həmkarım Mevlüt Çavuşoğlu ilə telefon danışığı zamanı 55 yaşının tamam olması münasibətilə onu ürəkdən təbrik etdim”.

APA-nın xəbərinə görə, bu barədə xarici işlər naziri Ceyhun Bayramov "Tvitter"-də paylaşım edib.

“Əziz qardaşıma yeni yaşında möhkəm can sağlığı, fəaliyyətində davamlı uğurlar arzuladım”, - deyə Ceyhun Bayramov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR