Ceyhun Bayramov Peter Siyarto ilə görüşüb

Ceyhun Bayramov Peter Siyarto ilə görüşüb
# 20 may 2022 15:36 (UTC +04:00)

20 may 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının (AŞ) Nazirlər Komitəsinin 132-ci sessiyası çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.

XİN-dən APA-ya verilən xəbərə görə, görüşdə nazirlər, iki ölkə arasında siyasi və iqtisadi sahədə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edib, regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıblar.

İki ölkə arasında yüksək səviyyəli münasibətlərin və siyasi dialoqun mövcudluğu vurğulanıb. İqtisadi, ticarət, humanitar və s sahələrdə əlaqələrin daha da inkişafı üçün potensialın mövcudluğu qeyd edilib.

Tərəflər, cari ilin 01-03 iyun tarixlərində Bakıda keçiriləcək Enerji Forumunun əhəmiyyəti, habelə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu xüsusi qeyd ediblər.

Görüş çərçivəsində tərəflər, həmçinin digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR