Ceyhun Bayramov Slovakiyada “GLOBSEC” beyin mərkəzinin təşkil etdiyi dəyirmi masada iştirak edib - YENİLƏNİB

Ceyhun Bayramov Slovakiyada “GLOBSEC” beyin mərkəzinin təşkil etdiyi dəyirmi masada iştirak edib - YENİLƏNİB
# 06 iyun 2023 23:39 (UTC +04:00)

6 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Slovakiya Respublikasına işgüzar səfəri çərçivəsində “GLOBSEC” beyin mərkəzinin təşkil etdiyi dəyirmi masa müzakirələrində iştirak edib.

APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tədbirdə, Azərbaycan-Slovakiya münasibətləri, Avropa İttifaqı ilə əlaqələrin cari vəziyyəti, qlobal və regional təhlükəsizlik məsələləri, enerji təhlükəsizliyinin müxtəlif aspektləri, bölgəmizdə post-münaqişə dövründə görülən işlər və çağırışlar, mövcud mina təhdidləri, Azərbaycan-Ermənistan sülh prosesi və digər məsələlər müzakirə edilib.

Nazir Ceyhun Bayramov tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

***

Saat 23:25

Xarici işlər naziri Ceyhun Bayramov Slovakiyaya işgüzar səfəri çərçivəsində analitik mərkəzdə Bratislava formunun təşkilatçısı tərəfindən təşkil olunan GLOBSEC dəyirmi masada iştirak edib.

APA xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Azərbaycanla Slovakiya arasında ikitərəfli və çoxtərəfli münasibətlər münaqişədən sonrakı vəziyyət gündəmdə olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR