Ceyhun Bayramov TDT Baş katibi ilə görüşüb

Ceyhun Bayramov TDT Baş katibi ilə görüşüb
# 26 may 2022 13:53 (UTC +04:00)

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Bağdad Amreyev ilə görüşüb.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən APA-ya verilən xəbərə görə, görüş zamanı Türk Dövlətləri Təşkilatı tərəfindən müxtəlif istiqamətlər üzrə həyata keçirilən fəaliyyət, habelə Azərbaycanın təşkilatın işində fəal iştirakı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının zəngin gündəliyinə istinad edib və bu xüsusda, həyata keçirilən intensiv dialoqu məmnunluqla qeyd edib. O, Türk Dövlətləri Təşkilatının çətiri altında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Baş katib Bağdad Amreyev Azərbaycana səfərindən məmnunluqla bəhs edərək, dövlət başçısı ilə keçirilmiş görüşün, habelə bu çərçivədə keçiriləcək Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin informasiya və yüksək texnologiyalar nazirlərinin toplantısının əhəmiyyətini vurğulayıb. Baş katib, Şuşa şəhərinin 2023-cü ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edildiyini xatırladaraq, bununla əlaqədar Şuşada bir sıra mədəniyyət tədbirlərinin keçiriləcəyini bildirib. O, həmçinin Türk Dövlətləri Təşkilatı tərəfindən Şamaxı şəhərinin 2023-cü il üçün Türk Dünyasının Turizm Paytaxtı seçildiyinə istinad edib və bunun Türk Dövlətləri Təşkilatı ölkələrinin turizm sahəsində əməkdaşlığının inkişafına müsbət töhfə verəcəyini bildirib.

Görüşdə, həmçinin Təşkilat tərəfindən növbəti aylarda keçirilməsi nəzərdə tutulan tədbirlər barədə müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR