Ceyhun Bayramov: "Terror hücumunu törədənlər və onun sifarişçiləri ən sərt şəkildə cəzalandırılmalıdır"

Ceyhun Bayramov: "Terror hücumunu törədənlər və onun sifarişçiləri ən sərt şəkildə cəzalandırılmalıdır"
# 27 yanvar 2023 14:10 (UTC +04:00)

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Tehrandakı səfirliyimizə olan silahlı hücumla bağlı "Twitter"də paylaşım edib.

APA xəbər verir ki, paylaşımda deyilir:

"Azərbaycan Respublikasının İrandakı Səfirliyinə xain terror hücumunu qətiyyətlə pisləyirik. Həlak olan zabitimizin ailəsinə və yaxınlarına başsağlığı veririk.

Terror hücumunu törədənlər və onun sifarişçiləri qısa müddət ərzində ən sərt şəkildə cəzalandırılmalıdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR