Ceyhun Bayramov Türkiyəyə səfər edəcək

Ceyhun Bayramov, Azərbaycan xarici işlər naziri

© APA | Ceyhun Bayramov, Azərbaycan xarici işlər naziri

# 05 iyun 2022 15:20 (UTC +04:00)

Sabah Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edəcək.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə həyata keçirilir. Ceyhun Bayramov iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibəti ilə rəsmi qəbulda iştirak edəcək.

Səfər çərçivəsində keçiriləcək görüşlərdə ikitərəfli əlaqələr və regional məsələlər müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR