Ceyhun Bayramov: "Üç qardaş ölkə olaraq birgə toplantının keçirilməsi olduqca önəmli hadisədir”

Ceyhun Bayramov: "Üç qardaş ölkə olaraq birgə toplantının keçirilməsi olduqca önəmli hadisədir”
# 27 iyun 2022 11:10 (UTC +04:00)

"Bu gün Bakı şəhərində 3 qardaş ölkə olaraq birgə toplantının keçirilməsi olduqca önəmli hadisədir”.

APA xəbər verir ki, bunu Azərbaycan, Türkiyə və Qazaxıstan Xarici İşlər və Nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, ölkələrimiz arasında həm üçtərəfli, həm çoxtərəfli formatlarda çox yaxşı əməkdaşlıq formatları mövcuddur: “İlk dəfə olaraq üçtərəfli formatda belə görüşün keçirilməsi və xüsusi olaraq bugünkü müzakirələr konteksində nəqliyyat və bağlantılar sahəsində fikir mübadiləsini çox perspektivli hesab edirik. Transxəzər, Şərq-Qərb nəqliyyat dəhlizinin inkişaf etdirilməsinə diqqət yetirdik. Mövcud olan problemlər və bu coğrafiyada nəqliyyat sahəsində əməkdaşlığımızın genişlənməsinə xüsusi nəzər saldıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR