Ceyhun Bayramov Ukrayna XİN başçısına üçtərəfli bəyanatların icrası ilə bağlı məlumat verib

Ceyhun Bayramov Ukrayna XİN başçısına üçtərəfli bəyanatların icrası ilə bağlı məlumat verib
# 03 dekabr 2021 16:19 (UTC +04:00)

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən iclası çərçivəsində Ukrayna xarici işlər naziri Dmitro Kuleba ilə görüşüb.



APA-ya Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, nazirlər iki ölkə arasında mövcud olan strateji səviyyəli münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini qeyd etdilər. Qarşıdan gələn il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 ilinin tamam olduğunu nəzərə alaraq, bu xüsusda müvafiq tədbirlərin təşkili, eləcə də qarşılıqlı səfərlərin həyata keçirilməsinin əhəmiyyəti ifadə edilib.

Tərəflər, Azərbaycan ilə Ukrayna arasında müxtəlif sahələrdə, o cümlədən nəqliyyat sahəsində əməkdaşlıq perspektivləri üzrə fikir mübadiləsi aparıblar.


Çoxtərəfli platformalarda uğurlu əməkdaşlığın davam etdirilməsindən bəhs edən nazirlər, o cümlədən GUAM çərçivəsində bir sıra istiqamətlər üzrə fəaliyyəti qeyd ediblər.

Nazir Ceyhun Bayramov Ukraynalı həmkarına bölgədə mövcud olan münaqişə sonrası vəziyyət, üçtərəfli bəyanatların icrası və bu xüsusda Azərbaycan tərəfindən atılan addımlar, habelə işğalda azad edilmiş ərazilərdə həyata keçirilən yenidən quruculuq işləri ilə bağlı məlumat verib.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR