Ceyhun Bayramov UNESCO-nu Azərbaycana işğaldan azad edilmiş ərazilərində missiya həyata keçirməyə çağırıb

Ceyhun Bayramov UNESCO-nu Azərbaycana işğaldan azad edilmiş ərazilərində missiya həyata keçirməyə çağırıb
# 25 sentyabr 2022 01:20 (UTC +04:00)

Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğalı 2020-ci ildə başa çatsa da, hələ də UNESCO-nun missiyası gəlməyib və mən bir daha belə bir missiyanın həyata keçirilməsinə açıq şəkildə çağırıram.

APA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının ümumi müzakirələri çərçivəsində çıxışı zamanı deyib.

Nazir bildirib ki, “Ermənistan Azərbaycanın ətraf mühitinə uzunmüddətli zərər vurub. Həmçinin Azərbaycanın minlərlə mədəni irs nümunəsi Ermənistan tərəfindən dağıdılıb, talan edilib və ya mənimsənilib. Bu ilin əvvəlində İSESKO Azərbaycana işğaldan azad edilmiş ərazilərində Mədəni İrsin Mühafizəsi Vəziyyətinin Qiymətləndirilməsini həyata keçirmək üçün texniki missiya göndərib. Onilliklər ərzində Azərbaycan Ermənistanı regionda mədəni irsin qorunması və mühafizəsi üzrə qiymətləndirmə və məsləhətlər vermək üçün müstəqil, şəffaf UNESCO missiyasını dəstəkləməyə çağırıb. Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğalı 2020-ci ildə başa çatsa da, hələ də UNESCO-nun missiyası gəlməyib və mən bir daha belə bir missiyanın həyata keçirilməsinə açıq şəkildə çağırıram.

Pozuntuların və dağıntıların miqyası azərbaycanlı mülki şəxsləri terrora məruz qoymaq, qətlə yetirmək və qovmaq, Azərbaycanın bütün izlərini bu ərazilərdən silmək kimi aydın niyyət və məqsədin olduğunu nümayiş etdirir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR