Ceyhun Bayramov Yad Vaşem memorial kompleksini ziyarət edib

Ceyhun Bayramov Yad Vaşem memorial kompleksini ziyarət edib
# 29 mart 2023 15:49 (UTC +04:00)

Martın 29-da İsrail Dövlətinə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Holokost qurbanlarının xatirəsinə ucaldılmış Yad Vaşem memorial kompleksini ziyarət edib.

XİN-dən APA-ya verilən xəbərə görə, ziyarəti zamanı nazir Ceyhun Bayramov Holokost qurbanlarına həsr olunmuş abidənin önünə əklil qoyub.

Nazir Ceyhun Bayramov 1953-cü ildən fəaliyyət göstərən memorial kompleksində, həmçinin, Holokost qurbanlarının sənədləri və fotoşəkillərinin sərgiləndiyi muzey və memorialın tədris mərkəzi ilə tanış olub, daha sonra kompleksin xatirə kitabını imzalayıb.

Ziyarət zamanı kompleksin rəhbəri Dani Dayan Azərbaycan nümayəndə heyətinin üzvlərinə memorial kompleksi barədə məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR