Çiğdem Karaaslan: Azərbaycan Türkiyə üçün çox böyük önəm kəsb edir

Çiğdem Karaaslan: Azərbaycan Türkiyə üçün çox böyük önəm kəsb edir
# 11 may 2023 15:38 (UTC +04:00)

Türkiyə-Azərbaycan münasibətləri çox dərin və əbədidir.

Bunu APA-nın Samsuna ezam olunan müxbirinə açıqlamasında Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, millət vəkili Çiğdem Karaaslan deyib.

Sədr müavini bildirib ki, Azərbaycan Türkiyə üçün çox böyük önəm kəsb edir: "Can Azərbaycanı tək millət kimi görürük. Cənab İlham Əliyevin dediyi kimi, tək yumruğuq. Hər zaman əməkdaşlığımız olub, son illərdə isə bu, zirvəyə çatıb".

Çiğdem Karaaslan qeyd edib ki, bir müddət əvvəl Azərbaycanda səfərdə olub: "Bizim də böyük arzumuz idi ki, Qarabağ Azərbaycana qayıtsın. Çox şükürlər olsun ki, bu oldu. Biz buna çox sevindik. Hazırda Qarabağda yenidənqurma işləri aparılır. Biz yenidənqurma işlərində də Azərbaycanın yanındayıq. Hazırda Türkiyə şirkətləri də Qarabağda yenidənqurma işlərinə cəlb edilib".

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın qardaşlıqları bütün dünyaya sübut olunub: "Onların dik duruşları dünyaya nümunədir. Bu birlik, qardaşlıq böyük mesajdır. Bu qardaşlıq əbədiyyətə qədər davam edəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR